Toğrul Əsgərov: “Hər bir medal qiymətlidir”

Toğrul Əsgərov: “Hər bir medal qiymətlidir”
OLİMPİYA-2016 24 Avqust 2016 / 02:19 5965
-  A +

“Rioda qızıl medal qazanıb Azərbaycan idman tarixinə ikiqat Olimpiya çempionu kimi düşmək arzusunda idim. Amma iş elə gətirdi ki, gümüş medalla kifayətlənməli oldum. Zənnimcə, çox güclü
rəqabətin olduğu yarışlarda hər bir medal qiymətlidir. Komandamızın qazandığı 18 medalda mənim də payım olduğu üçün çox sevinirəm”.

Qol.az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında gümüş medal qazanan sərbəst güləşçimiz Toğrul Əsgərov bu fikirləri Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimində səsləndirib.

Güləşçimiz bildirib ki, final görüşü mənim üçün uğursuz oldu. “Görüşün əvvəlində zədələndim. Bu zədə öz təsirini göstərdi və Rusiyadan olan güclü rəqibimə uduzdum. İndi var qüvvəmlə çalışacağam ki, London Olimpiadasındakı uğurumu “Tokio-2020”də təkrarlayım”, - deyə Toğrul Əsgərov vurğulayıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın