Sotomayor: "Hakimlər mənə haqsızlıq etdilər”

Sotomayor: "Hakimlər mənə haqsızlıq etdilər”
OLİMPİYA-2016 22 Avqust 2016 / 00:12 6600
-  A +

"Hakimlər mənə haqsızlıq etdilər. Mən çempion idim. Hər 3 raundda rəqibi döysəm də, bacardığım qədər döyüşsəm də, qərar mənim əleyhimə oldu".

Qol.az-ın "Report"a istinadən verdiyi məlumata görə, bunu Azərbaycan boksçusu Lorenso Sotomayor 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 64 kq. çəki dərəcəsində gümüş medal qazandığı final qarşılaşmasından sonra deyib.

O bildirib ki, həlledici görüşdə özbəkistanlı Fazliddin Qaibnazarovla görüşdə haqsızlıqla üzləşib:
"Sonuncu raundda əmin idim ki, qalib gəlmişəm. Amma hakim mənə qarşı haqsızlıq etdi. Qızıl medal qazanmaq istəyirdim. Həqiqətən də hakim mənə qarşı ədalətsizlik etdi".

Azərbaycanı çox sevdiyini deyən kubalı legioner fikirlərini "Bu ölkə mənim evimdir" sözləri ilə yekunlaşdırıb.

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı