Rio-2016: Əsgərov və Qazyumovun rəqibləri müəyyənləşdi

Rio-2016: Əsgərov və Qazyumovun rəqibləri müəyyənləşdi
OLİMPİYA-2016 21 Avqust 2016 / 01:56 7852
-  A +

Rio-2016 Yay Olimpiya Oyunlarının son günündə sərbəst güləş yarışlarında daha iki idmançımız mübarizə aparacaq.

Qol.az-ın məlumatına görə, 65 kq-da olimpiya çempionu Toğrul Əsgərov, 97 kq-da isə Xetaq Qazyumov yarışacaq. Artıq güləşçilərimizin rəqibləri məlumdu.

Toğrul Əsgərov mübarizəyə 1/8 finaldan başlayacaq. Onun rəqibi ukraynalı Andrey Kvyatkovskidir. Bu görüş Bakı vaxtı ilə 15:54-də start götürəcək. İlk görüşündə qalib gələcəyi halda, Əsgərov 1/4 finalda Frenk Molinaro (ABŞ) - Maqomedmurad Qadjiyev (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Toğrul Əsgərovdan fərqli olaraq, Xetaq Qazyumov mübarizəyə 1/16 finaldan başlayacaq. Güləşçimizin ilk rəqibi polşalı Radoslav Barandı. Bu qarşıdurmanın Bakı vaxtı ilə 15:46-da start götürməsi planlaşdırılıb.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki