Azərbaycan Rio Yay Olimpiya Oyunlarının boks növündə ilk medal qazanmasını rəsmiləşdirib. 75 kq. çəki dərəcəsində yarışan gənc bokçumuz Kamran Şahsuvarlı dünya çempionu Arlen Lopezlə (Kuba) yarımfinal qarşılaşmasında uduzsa da, ilk dəfə qatıldığı bu mötəbər yarışda bürünc medal qazanıb.
Qol.az “İdman” qəzetinin saytına istinadən xəbər verir ki, qarşılaşmadan sonra o, Riodakı çıxışları ilə bağlı fikirlərini bölüşüb.
- Əslində, hər birimiz gördük ki, rəqib çox güclü idi. Mübarizə də həqiqətən gərgin keçdi. Özün nə hiss etdin?
- Həqiqətən də indiki dövrdə mənim çəkimdə ən güclü boksçu o sayılır. Məndə bir az alınmadı. Ona istədiyim kimi yaxınlaşa bilmirdim. Ona görə zərbələri keçirdi.
- Əvvəldən rəqibi öyrənmişdin?
- Bəli.
- Onun taktikalarını yəqin öyrənmişdin. Onu öyrənən zaman sən müdafiəyə üstünlük verirdin, yoxsa hücuma?
- Birinci müdafiə olunmalısan ki, zərbə almayasan. Əsas müdafiəyə fikir verirdim.
- Hakim sonda rəqibin əlini qaldırana qədər yəqin ümidin var idi ki, qalib olarsan. Çünki döyüş rəqibin tam üstünlüyü ilə yox, bərabər səviyyədə keçirdi.
- Döyüşə çıxana qədər, hətta birinci raundun sonuna qədər inanırdım, ancaq sonra məşqçılər deyəndə ki uduzursan, onda bir az inamım azaldı.
- Bəlkə məşqçilərin deməsinə görə inamın itdi?
- Yox. Onsuz da həmişə raundlardan sonra deyirlər, udursan, ya uduzursan. Uduzursansa, bir az çox işləyirsən. Ona görə də üçüncü raundda daha çox işlədim.
- Boks komandamızda ilk medal qazanan sənsən. Sabahsa (bu gün – red.) Lorenso Sotomayor rinqə çıxır. Onun döyüşü barədə nə fikirləşirsən?
- Lorensoya uğurlar arzulayıram. Mən üçüncü yer tutmuşamsa, o, birinci yeri tutmalıdır.
- Lisenziyanı son anda qazanan və bürünc medal qazanan Kamran Şahsuvarlı öz nəticəsindən razıdırmı?
- Bəli razıyam.
"Sabah"ın U-13 komandası İtaliyaya yollanır
Saatlıda 4 qol vuruldu - Video
"Qarabağ"a qarşı bu dəfə fərqli çıxış etmək istəyirik"
Tonali mərc oyunlarında 50 qayda pozuntusunda ittiham olunur
Liderdən "İrəvan"a 3 cavabsız qol - Video
"Karvan" xal itirdi, "Araz Saatlı"dan darmadağın
Misli Premyer Liqasında 4 oyunun hakimləri bilindi
Dani Alveş ziyafət təşkil etdi
"Bavariya"ya rədd cavabı verdi
"Napoli" Xviça ilə yeni müqavilə imzalayır
"Neftçi"nin sabiq futbolçusu "Molde"də
"Bayer" hazırda dünyanın ən güclü komandasıdır”
"Neftçi" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq
"Borussiya" Terziçin qarşısına şərtlər qoydu
26 oyunda 31 qol - Video
"Qarabağ" sabah 11-ci çempionluğu rəsmiləşdirə bilər
"Neftçi"nin legionerinin zədəsi sağaldı
Gürcülər çox döşünə döyməsin, biz də monqollara qalib gəldik
Benzia “Puşkaş” mükafatına layiq görülə bilər - Video
Qrizmann qayıtdı
"Real" üç futbolçusu ilə razılaşdı
Xavi jurnalisti məhkəməyə verdi
PSJ-nin iki futbolçusu zədəsini sağaltdı
Ronaldo hakimə etiraz etdi - Şəkil
İngiltərə millisinin üzvü Avro-2024-ü buraxacaq
"Zirə"nin hücumçusu Niger millisində oyuna çıxdı
Virtzin 21 qolu və 31 qol ötürməsi - Video
"Tottenhem" "Bavariya" ilə qarşılaşacaq
Keyn sağaldı
"Borussiya" onunla peşəkar müqavilə imzaladı
"Barselona"nın apellyasiya şikayəti rədd edildi
Mahir Emreli irqçiliyə qarşı kampaniyaya dəstək verdi
1-ci liqada daha 3 turun oyunlarının saatı müəyyənləşdi