Rio-2016: boksçumuz erməniyə qalib gələrək finala yüksəldi

Rio-2016: boksçumuz erməniyə qalib gələrək finala yüksəldi
OLİMPİYA-2016 19 Avqust 2016 / 22:04 13290
-  A +

Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışların davam edəcək.

Qol.az-ın məlumatına görə, Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşünə çıxacaq.
 
64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. Bu görüşdə 3:0 (30:27, 29:28, 30:27) hesabı ilə qalib gələn L.Sotomayor finala yüksəlib.

Bununla da o, Olimpiya Oyunlarında finala yüksələn ilk Azərbaycan boksçusu olub. Belə ki, idman tariximizdə bu növdə heç bir təmsilçimiz Olimpiadaların finalına çıxmamışdı.

Boksçumuz qızıl medal uğrunda görüşdə avqustun 21-i Fazliddin Gaibnazarovla (Özbəkistan) qarşılaşacaq.


Son xəbərlər