Valentin Demyanenko: "Mən yüz faiz hazırlıqlı idim"

Valentin Demyanenko: "Mən yüz faiz hazırlıqlı idim"
OLİMPİYA-2016 18 Avqust 2016 / 18:53 4236
-  A +

"Əlamətdar hislər keçirirəm. Gərgin yürüş keçdi. Bütün rəqiblərim çox güclü idi. Elə alındı ki, mən ikinci yeri tutdum".

Bu fikirləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, azərbaycanlı kanoeçi Valentin Demyanenko Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında deyib.

O bildirib ki, hər bir idmançı kimi olimpiya çempionluğu əldə etmək istəyib: "Elə bir idmançı yoxdur ki, olimpiadada 2-3-cü yerləri tutmaq istəsin. Hamı qalib gəlməyə can atır. Hər kəs öz gücünə əmin olur. Burada dünyanın özünə ən çox inanan insanları toplaşmışdı. Hər kəs özü üçün qalibdir. Amma yürüşün gedişi başqa şeyi göstərdi. Amma təəssüflənən deyiləm. Nə etmək olar?"

V.Demyanenko hər kəsə idmanla məşğul olmağı tövsiyə edib: "Bu idman növü hər an sənə məsuliyyətli olmağa məcbur edir.

"Mən yüz faiz hazırlıqlı idim. Döyüşdən sonra yumruq atmazlar. 15 ildir bu növlə məşğulam. Yəni ömrümün yarısı qədərş 2020-ci il Tokio olimpiadasında 200 metr məsafəyə yürüş olmayacaq. Ona görə də ya başqa məsafəyə keçməli, ya da karyeramı bitirməliyəm. Hələ bu barədə düşünəcəyəm. Buradan gedib ata-anamı görəcəyəm. İndi də onlara zəng etməyə tələsirəm" (Report).


Son xəbərlər