Rio-2016: Şəriəti Azərbaycana növbəti medalı qazandırdı

Rio-2016: Şəriəti Azərbaycana növbəti medalı qazandırdı
OLİMPİYA-2016 16 Avqust 2016 / 01:20 27362
-  A +

Rio-2016 Yay Olimpiya Oyunlarında güləş yarışları davam edir.

Qol.az-ın məlumatına görə, daha iki idmançımız - iranlı legionerlər Saman Təhmasibi və Sabah Şəriəti mübarizəyə başlayıb.
 
85 kq çəki dərəcəsində Yunan-Roma güləşçimiz Saman  Təhmasibi mübarizəyə 1/16 final mərhələsindən start verib. Son dünya çempionatının bürünc mükafatçısının ilk rəqibi Davit Çakvetadze (Rusiya) olub. Görüş rusiyalı idmançının qələbəsi ilə başa çatıb.Çakvetadze finala yüksəldiyi üçün, o, "bürünc" uğrunda təsəlliverici görüşlərə qatılacaq.
 
İlk təsəlliverici görüşdə təmsilçimizin rəqibi İran güləşçisi Comeh Həbibullah Əxlaqi olub. 2:3 hesabı ilə uduzan idmançımız turnirdə mübarizəni dayandırıb. 

Sabah Şəriəti (130 kq) isə Olimpiadada 1/8 finaldan debüt edib. Avropa Oyunları və qitə birinciliyinin gümüş mükafatçısının ilk rəqibi David Smit (ABŞ) olub. Rəqibinə 8:2 hesabı ilə qalib gələn güləşçimiz 1/4 finala yüksəlib. O, bu mərhələdə türkiyəli Rıza Kayaalpla qarşılaşıb və adlı-sanlı rəqibinə  0:5 hesablı ilə məğlub olub.

R.Kayaalp finala yüksəldiyi üçün Şəriəti təsəlliverici görüşlərə qatılıb. Onun ilk rəqibi venesuelalı Ervin Xose Kabalyero Kabrera olub. Görüşü 8:0 hesablı qələbə ilə başa vuran idmançımız bürüncə bir addım da yaxınlaşıb. Mükafatçılar sırasına düşmək üçün onun son rəqibi almaniyalı Eduard Popp olub. Bu rəqibini də 5:0 hesabı ilə üstələyən Şəraiəti Rioda güləş yarışlarında Azərbaycana ilk medalı qazandırıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı