Rio-2016: cüdo millimiz 12-ci oldu

Rio-2016: cüdo millimiz 12-ci oldu
OLİMPİYA-2016 13 Avqust 2016 / 19:09 4009
-  A +

“Rio-2016” Yay Olimpiya Oyunlarında cüdo yarışlarına yekun vurulub.

Qol.az-ın Azərtac-a istinadən yaydığı xəbərə görə, Olimpiya Oyunlarında bu idman növü üzrə yeddi gün ərzində on dörd dəst medalın sahibi müəyyənləşib.

Kişi və qadın atletlər yeddi çəki dərəcəsində mübarizə aparıblar. Yarışa altı kişi cüdoçu ilə qatılan Azərbaycan millisi mötəbər turnirdə iki gümüş medal əldə edib. Rüstəm Orucov 73, Elmar Qasımov 100 kiloqram çəki dərəcəsində finaladək irəliləyib və yalnız həlledici qarşılaşmada uduzublar.

Qazanılan iki gümüş medal sayəsində yığmamız medal sıralamasına görə, turnirin on ikincisi olub. Yarışa qatılan 136 ölkədən yalnız 26-sı medal qazana bilib. Azərbaycan postsovet məkanında yalnız Rusiyadan geri qalaraq ikinci olub.

Bu nəticədə millimizin yalnız kişi cüdoçularla təmsil olunması da öz sözünü deyib. Çünki kişilərdən ibarət komandaların medal sıralamasında yığmamız daha yüksək – altıncı pillədə qərarlaşıb.

Ümumi sıralamada olduğu kimi kişilərin hesabında da Yaponiya birinci olub. Gündoğar ölkə, ümumilikdə on iki medal qazanıb ki, bunun yeddisi kişi, beşi isə qadınların aktivindədir.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın