Olimpiadanın 100 kiloqramlıq həndbolçusu (ŞƏKİLLƏR)

Olimpiadanın 100 kiloqramlıq həndbolçusu (ŞƏKİLLƏR)
OLİMPİYA-2016 10 Avqust 2016 / 13:51 6594
-  A +

Rio Olimpiya Oyunlarında bəzi idmançılar özlərinin fiziki görkəmləri ilə də diqqət çəkirlər.

Qol.az-ın məlumatına görə, onlardan biri də qadınlardan ibarət həndbol üzrə Anqola millisinin qapıçısı Tereza Almeydadır. Olimpiadanın rəsmi saytı yazır ki, 28 yaşlı bu qapıçının boyu 170 sm, çəkisi isə 100 kiloqrama yaxın, daha dəqiqi, 98 kiloqramdır.

Riodakı yarış onun karyerasında birinci Olimpiya Oyunlarıdır.

Qeyd edək ki, T.Almeydanın üzvü olduğu Anqola olimpiadada ilk görüşdə rumınlara (23:19), növbəti oyunda isə Çernoqoriyaya (27:25) qalib gəlib.








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord