Olimpiya çempionu olub karyerasını bitirdi

Olimpiya çempionu olub karyerasını bitirdi
OLİMPİYA-2016 10 Avqust 2016 / 13:30 7602
-  A +

Kolumbiyalı ağır atlet Oskar Fiqeroa (62 kq.) Rioda keçirilən Yay Olimpiya Oyunarında qızıl medal qazanıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, ümumiyən 318 kq qaldıran (birdən 142, təkanla 176) O.Fiqeroa olimpiya çempionu olduğunu bildikdən sonra o, idman ayaqqabısını çıxararaq dizi üstə yerə oturub və ağlamağa başlayıb.

“Mən 22 ildir bu idman növüylə məşğulam. Artıq karyeranı bitirmək vaxtıdır. Məhz buna görə ayaqqabımı  çıxardım və bununla karyeramı başa vurduğuma işarə etdim. Qələbəmi və göz yaşlarımı vətənim Kolumbiyaya həsr edirəm” – deyə 33 yaşlı atlet bildirib.

Qeyd edək ki, Kolumbiyanın dövlət himni səslənərkən də Feqeroa göz yaşlarını saxlaya bilməyib.








Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın