Maykl Felpsdən 21-ci qızıl medal

Maykl Felpsdən 21-ci qızıl medal
OLİMPİYA-2016 10 Avqust 2016 / 10:09 4973
-  A +

ABŞ üzgüçüsü Maykl Felps olimpiya oyunlarında növbəti qızıl medallarını qazanıb.

Qol.az-ın məlumatına görə, o, əvvəl batterflyay üsulu ilə 200 metr məsafəyə üzməkdə hamıdan güclü olub. Ardınca isə sərbəst üsulla 4x200 m yarışlarında ABŞ millisinin heyətində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu, onun Rio-da 3-cü qızılı olub.

Beləliklə o, Olimpiya oyunarında qazandığı qızıl medalları sayını 21-ə çatdırıb.
 
Bununla da Felps Olimpiya Oyunları tarixində ən çox çempionluq və medal qazanan idmançı kimi rekordunu yeniləyib.
 
Qeyd edək ki, Felps Afina-2004-də 6, Pekin-2008-də 8, London-2012-də 4, Rio-2016-da 3 qızıl medal qazanıb. Bundan başqa, 2 gümüş və 2 bürüncü də olan Felpsin ümumi medallarının sayı 25-ə çatıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı