Rio-2016: 6-cı gün üçün idmançılarımızın təqvimi

Rio-2016: 6-cı gün üçün idmançılarımızın təqvimi
OLİMPİYA-2016 10 Avqust 2016 / 09:47 9659
-  A +

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında bu gün Azərbaycanın 6 idmançısı yarışacaq.

Qol.az-ın məlumatına görə, idmançılarımızdan 3-ü - cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə ilk görüşlərinə çıxacaq.


Digər 3 təmsilçimiz -  boksçu Abdulqadir Abdullayev (91 kq) 1/4 finalda, kanoe slalomçu Yuri Meqliç yarımfinalda, idman gimnastı Oleq Stepko isə çoxnövçülük üzrə final yarışlarında qüvvəsini sınayacaq.
 
Olimpiya Oyunları

VI gün
 
Cüdo, 1/16 final

90 kq
17:56. Məmmədəli Mehdiyev (Azərbaycan) - Denis Kirill (Rusiya)
 
Üzgüçülük, 100 metr sərbəst

Təsnifat mərhələsi
20:17. Fatimə Alkərəmova

200 metr arxasıüstə

Təsnifat mərhələsi
20:40. Boris Kirilov

 
Kanoe Slalom

Yarımfinal

20:30. Yuri Meqliç (K 1)


 
Boks, 1/4 final

91 kq

20:45. Abdulqadir Abdullayev (Azərbaycan) -  Rüstəm Tulaqanov (Özbəkistan)
 
 
İdman gimnastikası

Final
23:00. Oleq Stepko (Çoxnövçülük)

 


Son xəbərlər