Rio-2016: boksçumuz 1/8 finalda

Rio-2016: boksçumuz 1/8 finalda
OLİMPİYA-2016 9 Avqust 2016 / 19:40 7685
-  A +

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir.

Qol.az-ın məlumatına görə,  bu gün 75 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz  Kamran Şahsuvarlı mübarizəyə 1/16 final mərhələsindən start verib. O, çinli Zao Minqqanqla qarşılaşıb. Görüş 3:0 hesabı ilə Kamranın xeyrinə başa çatıb. Bu nəticə ilə təmsilçimiz 1/8 finala yüksəlib. O, bu mərhələdə  avqustun 13-ü Rusiyalı Artyom Çebotaryov ilə döyüşəcək.


Son xəbərlər