Rio-2016-da neçənci yerdəyik?

Rio-2016-da neçənci yerdəyik?
OLİMPİYA-2016 9 Avqust 2016 / 13:19 11766
-  A +

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında üç günlük gərgin idman mübarizəsindən sonra 34 ölkənin atletləri medallara sahib ola biliblər.

Qol.az-ın Azərtac-a istinadən yaydığı xəbərə görə, aktivində bir gümüş medal olan yığma komandamız bu göstərici ilə 27-ci sırada qərarlaşıb.

Yarışın üçüncü günündə cüdo yarışlarında 73 kiloqram çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Azərbaycana gümüş medal qazandırıb. Azərbaycandan başqa, hesabında bir gümüş medal olan əlavə beş ölkə var - Danimarka, Fransa, Monqolustan, Filippin və Koreya Xalq Demokratik Respublikası.

Hazırda Olimpiadaya hesabında 5 qızıl, 7 gümüş və 7 bürünc medal olan ABŞ liderlik edir. Çin 5 qızıl, 3 gümüş, 5 bürünc medalla ikinci, Avstraliya 4 qızıl və 3 bürünc medalla üçüncü pillədə qərarlaşıb. İlk onluğu İtaliya (3-4-2), Yaponiya (3-0-7), Macarıstan (3-0-0), Rusiya (2-5-3), Koreya Respublikası (2-2-1), Tailand (2-1-1) və Böyük Britaniya (1-1-2) tamamlayır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord