"Rio-2016": Təmsilçilərimizin rəqibləri müəyyənləşdi

"Rio-2016": Təmsilçilərimizin rəqibləri müəyyənləşdi
OLİMPİYA-2016 8 Avqust 2016 / 21:10 4569
-  A +

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr  Aleksandrov - Boris Yotov cütlüyünün yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib.

Qol.az-ın Azərtac-a istinadən yaydığı xəbərə görə, son vəsiqələrin taleyinə bu gün keçirilmiş təsəlliverici yürüşdən sonra aydınlıq gəlib. Böyük britaniyalı Conatan Uolton - Con Kollinz, bolqarıstanlı Georgi Bojilov - Kristian  Vasilev və serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç cütlükləri ilk üç yerin sahibi kimi yarımfinala adlayıblar.

A.Aleksandrov – B.Yotov duetinin rəqiblərindən biri məhz serbiyalı cütlük olacaq. Digər rəqiblər isə Azərbaycan təmsilçilərinin seçmə yürüşdə üstələdiyi italiyalı Françesko Fossi - Romano Battisti, eləcə də litvalı Mindauqas Qrişkonis - Saulius Ritter, fransalı Uqo Buşeron - Matyö Androdias və almaniyalı Marsel Hakker - Ştefan Krüger duetləri olacaq.

Avqustun 9-da Bakı vaxtı ilə saat 17:40-da başlanacaq yürüşün yekununda ilk üçlüyə düşənlər finala yüksələcəklər.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı