Rio-2016: cüdoçumuz gümüş medal qazandı

Rio-2016: cüdoçumuz gümüş medal qazandı
OLİMPİYA-2016 9 Avqust 2016 / 00:32 22841
-  A +

Rio Olimpiadasında cüdo yarışları davam edir.

Qol.az-ın məlumatına görə, cüdoçumuz Rüstəm Orucov Olimpiadada ölkəmizə ilk medalı qazandırıb. 

73 kq çəki dərəcəsində mübarizə aparan idmançımız 1/16 finalda qazaxıstanlı Didar Həmzəni sınağa çəkib. Görüş Rüstəmin qələbəsi ilə başa çatıb. O, rəqibini cərimə xalları hesabına məğlub edib.

Cüdoçumuz 1/8 finalda avstriyalı Jak Benstedlə qarşılaşıb və bu görüşdə qalib gələrək 1/4 finala adlayıb. Bu dəfə Orucov 3 dəqiqə 3 saniyəyə ipponla qələbəyə nail olub. Onun 1/4 finaldakı  rəqibi Mikloş Unqvari (Macarıstan) olub. Vaza-Ari xalı ilə qələbə qazanan R.Orucov yarımfinala yüksəlib.

İdmançımız yarımfinalda Saqi Muki (İsrail) ilə görüşüb. Rəqibinə yuka xalı ilə qalib gələn Orucov finala yüksəlib. 

Rüstəm Orucovun finaldakı rəqibi yaponiyalı Ono Şohei olub. İdmançımız qızıl medal uğrunda görüşdə rəqibinə uduzub. Beləliklə, gümüş medal qazanan Orucov Azərbaycanın hesabına ilk medalı yazdırıb.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı