Vaqif Cavadov “Tvente”də ilk məşqinə çıxdı (FOTOSESSİYA)

ÖLKƏ FUTBOLU 28 Yanvar 2010 / 17:26 3471
-  A +

Milli komandamızın üzvü Vaqif Cavadov artıq "Tvente"də ilk məşqinə çıxıb. Qol.Az-ın “Qarabağ”ın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 20 yaşlı hücumçu bu gün eyni zamanda komandasının baş məşqçisi Stiv Maklarenlə görüşüb. Görüşdə “Tvente” klubunda işgüzar səfərdə olan “Qarabağ”ın uşaq futbol koordinatoru Həmdi Sərpil Tüzün və Ağdam klubunun nümayəndəsi Anar Məmmədli də iştirak ediblər. Maklaren Vaqif  Cavadova böyük ümidlər bəslədiyini və həftəsonu baş tutacaq növbəti turda Vaqifə şans vermək istədiyini gizlətməyib.
Xatırladaq ki, sabah Vaqif Cavadovun ictimaiyyətə təqdimetmə mərasimi planlaşdırılır.






Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər