Rio-2016: 19-cu dəfə olimpiya çempionu oldu

Rio-2016: 19-cu dəfə olimpiya çempionu oldu
OLİMPİYA-2016 8 Avqust 2016 / 10:39 5788
-  A +

Üzgüçü Maykl Felps 19-cu olimpiya çempionluğunu qazanıb.

Qol.az-ın məlumatına görə, onun çıxış etdiyi ABŞ-ın üzgüçülük üzrə milli komandası Rio-de-Janeyroda keçirilən Olimpiya Oyunlarında sərbəst üsulla 4x100 m. məsafəyə estafet yarışında birinci yeri tutub.
 
Maykl Felps, Kaleb Dressel, Rayan Held, Natan Edrianın yer aldığı ABŞ millisi 3 dəqiqə 9,92 saniyə nəticə göstərib.

Felps olimpiadalarda qazandığı qızıl medalların sayına görə öz şəxsi rekordunu yeniləyib. Rio-2016-nın qızıl medalı onun üçün karyerasında 19-cu olub. Felipsin hesabında ümumilikdə 23 olimpiya medalı (19 qızıl, 2 gümüş, 2 bürünc) var.


Son xəbərlər