Rio-2016: Velosipedçimiz 35-ci oldu

Rio-2016: Velosipedçimiz 35-ci oldu
OLİMPİYA-2016 8 Avqust 2016 / 00:22 2618
-  A +

Rio Yay Olimpiya Oyunlarında daha bir idmançımız mübarizəyə qoşulub.

Qol.az-ın məlumatına görə, qadın velosipedçimiz Yelena Pavluxina qrup ötüşməsində 35-ci olub. O, finiş xəttini çempion olmuş hollandiyalı Anna Van Der Breqendən 7 dəqiqə, 38 saniyə sonra keçib.

Qeyd edək ki, starta çıxan 68 velosipedçinin yalnız 50 nəfəri 136,9 km məsafəni qət edə bilib. Qalan 18 nəfər isə mübarizəni yarımçıq dayandırıb.


Son xəbərlər