“Bakı”da yeni hücumçu (FOTO)

“Bakı”da yeni hücumçu (FOTO)
PREMYER LİQA 28 Yanvar 2010 / 13:51 3679
-  A +

“Bakı”nın düşərgəsində yeni futbolçu yer alıb. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində “zolaqlılar”ın baş meneceri Zeynal Məmmədov məlumat verib. Onun sözlərinə görə, Moldovanın “Zimbru” klubundan gələn Vyaçeslav Sofroni baxışdan keçəcək. Moldova millisinin də şərəfini qoruyan Sofroni haqda yekun qərar qarşıdakı günlərdə qəbul olunacaq.
Qeyd edək ki, Sofroni vətənində “Politexnika”, “Styaua”, Qazaxıstanın “İrtış”, “Atrau”, Litvanın “Vetra” klublarında da forma geyib. Ötən ildən milli komandasına cəlb olunan Sofroni 4 oyuna 2 qol vurub.
Z.Məmmədov onu da əlavə edib ki, bu gün daha bir hücumçu - keniyalı forvard da “Bakı”nın düşərgəsində olacaq.


Son xəbərlər