Boksçularımızın Rio-2016-da ilk rəqibləri bilindi

Boksçularımızın Rio-2016-da ilk rəqibləri bilindi
OLİMPİYA-2016 5 Avqust 2016 / 10:40 4758
-  A +

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkatma mərasimi keçirilib.

Qol.az-ın Azərtac-a istinadən yaydığı xəbərə görə, püşkə əsasən, Azərbaycanın 4 boksçusu - Elvin Məmişzadə (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq) və Yana Alekseyevna (60 kq) ilk mərhələdən azaddır.

Digər boksçularımıza gəlincə, Rüfət Hüseynov (49 kq) namibiyalı Tulyungeleni Matias Hamunyela, Cavid Çələbiyev (56 kq) Qazaxıstan idmançısı Kayrat Yeraliyev, Loroenzo Sotomayor (64 kq) ukraynalı Volodimir Matviçuk, Kamran Şahsuvarlı (75 kq) Minqqanq Çao (Çin), Teymur Məmmədov (81 kq) Ukrayna təmsilçisi Denis Solonenko, Abdulkadir Abdullayev (91 kq) fransalı Paul Omba Bingolo, Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) mərakeşli Mohammed Arjaoui ilə qarşılaşacaq.

“Rio-2016”da boks yarışlarına avqustun 6-da start veriləcək.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı