Rio-2016-nın təşkilatçıları bahalı açılışdan imtina etdi

Rio-2016-nın təşkilatçıları bahalı açılışdan imtina etdi
OLİMPİYA-2016 2 Avqust 2016 / 12:34 3892
-  A +

Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunları-2016-nın açılış mərasimi əvvəlki yay Olimpiadalarında olduğu kimi bahalı və miqyaslı olmayacaq.

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə tədbirin icraçı prodüseri Marko Baliç məlumat verib.

"Bu dəfə möhtəşəm şou olmayacaq. Rioda Pekindəki dəbdəbə, Afinadakı nəhəng xüsusi effektər, Londondakı qeyri-adilik olmayacaq. Sadə, amma müasir mərasim olacaq. Hətta xüsusi effektlər olmadan da o, insanlara gələcək haqqında danışacaq", - deyə M.Baliç bildirib.

O, tədbirin Braziliyadakı çətin maliyyə vəziyyəti fonunda təşkil edildiyini qeyd edib. Açılış mərasiminin ümumi smetası Londonda keçirilmiş OO-2012-dəki 42 milyon dolların təxminən yarısı qədər olacaq.

Qeyd edək ki, Rio-2016-nın açılış mərasimi avqustun 5-də "Marakana" stadionunda keçiriləcək. Olimpiada avqustun 21-də başa çatacaq.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı