Azad Rəhimov Polad Ələmdarla görüşüb (FOTO)

Azad Rəhimov Polad Ələmdarla görüşüb (FOTO)
XƏBƏR 27 Yanvar 2010 / 16:40 9126
-  A +

Gənclər və idman naziri Azad Rəhimov “Qurtlar vadisi” teleserialının baş qəhrəmanı Polad Ələmdarla (Necati Şaşmaz) görüşüb. Bu haqda Qol.Az-a görüşdə iştirak edən Milli Məclisin deputatı Əkrəm Abdullayev məlumat verib. Onun sözlərinə görə, Necati Şaşmazla xeyli müddətdir şəxsi tanışlıqları var: «ABŞ-da Mehmet Çələbi adlı bir dostumuz var və bizi o tanış etdi. O zaman “Kurtlar vadisi - İraq” filmi çəkilərkən orada ABŞ - Hollivud aktyorları iştirak edirdi və belə demək mümkünsə, amerikalı aktyorların həmin filmə çəkilməsinə dostumuz Mehmet Çələbi yaxından köməklik edirdi. Məhz o vaxt belə bir ideya əmələ gəldi ki, Bakıda - Azərbaycanda da təxminən bu tipli film çəkilsin. Erməni terroruna, Qarabağ hadisələrinə aid bir film ortaya qoyulsun və həmin amerikalı aktyorlar da bu filmdə rol alsınlar, oynasınlar. Ona görə biz bu məsələləri müzakirə etmək üçün İstanbulda görüşməli olduq və şəkildən göründüyü kimi, həmin görüşdə gənclər və idman naziri Azad Rəhmov da iştirak edirdi. Bizim bu təklifimiz, ideyamız onlar tərəfindən də qəbul olundu. Onlarda da çox maraq doğurdu ki, buraya - Bakıya, Azərbaycana gəlsinlər, bu filmdə çəkilsinlər. Amma sonradan müəyyən məsələlər ortaya çıxdı: filmin ssenarisi, maliyyələşməsi və sair məsələlər... Odur ki, bu filmin çəkilişi hələlik ləngiyir. Amma ideya, təklif kimi gündəmdə var».




Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər