İdmançılarımız Rioda: kim hansı nəticəni gözləyir?

İdmançılarımız Rioda: kim hansı nəticəni gözləyir?
OLİMPİYA-2016 1 Avqust 2016 / 13:17 4284
-  A +

Artıq 31-ci Yay Olimpiya Oyunlarının astanasındayıq. Avqustun 5-dən 21-nə qədər davam edəcək planetin ən ali idman yarışında ölkəmizi müxtəlif növlərdə ümumilikdə 57 idmançı təmsil edəcək. Bu göstərici 2012-ci ildə keçirilən London Olimpiadasından daha çoxdur. Deməli, qazanacağım medallarımın sayının daha artıq olacaq istisna deyil. Bəs, görəsən Rioda hansı təmsilçilərimiz fərqlənməyi bacaracaqlar? Hansı növdə çıxış edən idmançılarıma ümid daha çoxdur? Bu suallara cava tapmaq üçün bəzi məşqçi və idmançılarımızın fikirlərini öyrəndik:

Rəşad Həsənov, cüdo üzrə yeniyetmələrədn ibarət yığma komandamızın baş məşqçisi: “Rio Olimpiadasında idmançılarımıza uğurlar arzulayıram. İnanıram ki, Azərbaycanın idman ölkəsi olması yenə də öz təsdiqini tapacaq. Olimpiadada ölkəmizi üç müxtəlif çəkidə 6 kişi cüdoçu təmsil edəcək. Mən onların hər birinə güvənirəm. Cüdo komandamızdan ən azı 3 medal gözləyirəm”.

Tayfur Əliyev, boksçu, ilk Avropa Oyunlarının bürünc mükafatçısı: “Əfsuslar olsun ki, mən bəzi səbəblərə, o cümlədən lisenziya xalım çatmadığına görə olimpiadada iştirak edə bilməyəcəm. Buna baxmayaraq, yarışları yaxından izləyəcəm. Hər şeyin yaxşı olacağına əminəm. İdmançılarımıza müvəffəqiyyətlər arzulayıram”.

Fəridə Əzizova, taekvandoçu, Avropa Oyunlarının gümüş mükafatçısı: “Olimpiadada bu növdə ölkəmizi mən də daxil olmaqla 4 idmançı təmsil edəcək. Son məşqlərimizi səylə davam etdiririk. Biz həmişə, elə keçən il Azərbaycanın ev sahibliyi etdiyi ilk Avropa Oyunlarında da vətənimizi layiqincə təmsil etmişik. Bu dəfə də ancaq bunun üçün çalışacağıq”.

Nigar Cəfərova, cüdoçu: “Beş ildir cüdodayam. İdmanı çox sevirəm və idmançılarımızın nəyə qadir olduqlarını bilirəm. Biz bütün idman yarışlarında layiqincə təmsil olunuruq. İnanıram ki, yenə elə olacaq. İdmançılarımıza sadəcə uğurıar arzulaya bilərəm”.

Kənan NOVRUZOV


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord