Rioda bayrağımız nə vaxt qaldırılacaq?

Rioda bayrağımız nə vaxt qaldırılacaq?
OLİMPİYA-2016 25 İyul 2016 / 13:07 4982
-  A +

Azərbaycanın Olimpiya millisi avqustun 1-də axşam saatlarında Rio-de-Janeyroya yola düşəcək.

Qol.az AzərTac-a istinadən xəbər verir ki, bu barədə gənclər və idman naziri Azad Rəhimov iyulun 25-də keçirdiyi mətbuat konfransında məlumat verib.

Nazir deyib ki, komandamız 14 saatlıq uçuşdan sonra avqustun 2-də səhər saat 09:30-da Braziliyaya çatacaq. Bir gün sonra, avqustun 3-də Olimpiya Kəndində Azərbaycan idmançılarının salamlama və üçrəngli bayrağımızın qaldırılması mərasimi təşkil olunacaq.

Azad Rəhimov qeyd edib ki, komandamız böyük tərkibli heyətlərə daxildir. Ölkəmiz Olimpiya Oyunlarında 56 idmançı ilə təmsil olunacaq.

Nazir diqqətə çatdırıb ki, millimiz Olimpiya Kəndində Portuqaliya və Slovakiya yığmaları ilə eyni binada məskunlaşacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı