Rusiya üçün şok qərar: olimpiadaya buraxılmırlar...

Rusiya üçün şok qərar: olimpiadaya buraxılmırlar...
OLİMPİYA-2016 21 İyul 2016 / 16:21 12393
-  A +

İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Olimpiya Komitəsinin və 68 idmançının Beynəlxalq Yüngül Atletika Federasiyasına qarşı şikayətini təmin etməyib.

Qol.az-ın “Sport-ekspress”ə istinadən yaydığı xəbərə görə, bununla bağlı qərar məhkəmənin saytında dərc olunub. Beləliklə, iddia təmin edilmədiyindən Rusiyanın yüngül-atletika üzrə milli komandasının Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına buraxılmayacağı qətiləşib.

Qeyd edək ki, bundan öncə Beynəlxalq Yüngül Atletika Federasiyası Rusiya atletlərinin dopinq qəbul etdiyini bildirərək onların olimpiadaya buraxılmaması barədə qərar verib. Bu gün isə İdman Arbitraj Məhkəməsinin çıxardığı qərarla həmin qərar növbəti dəfə dəstəklənib.

Rusiya tərəfi isə son ana qədər ümid edirdi ki, CAS onların xeyrinə qərar qəbul edəcək.


Son xəbərlər