Futzal millimizin 1/4 final mərhələsindəki rəqibi bəlli oldu

XƏBƏR 24 Yanvar 2010 / 01:20 1730
-  A +

Macarıstanda təşkil olunmuş futzal üzrə Avropa çempionatının 1/4 final mərhələsində millimizin rəqibi Ukrayna yığması olacaq. Qol.Az-ın məlumatına görə, komandamızın rəqibi AÇ-nin B qrupunda dünən keçirilmiş Ukrayna – İtaliya oyununun nəticəsinə əsasən müəyyənləşib. İtaliya yığması bu qarşılaşmada 4:2 hesabı ilə qələbə qazandığı üçün qrup mərhələsini 1-ci, Ukrayna futzalçıları isə 2-ci pillədə başa vurub və çempionatın əsasnaməsinə uyğun olaraq, Ukrayna yığması 1/4 final mərhələsində A qrupunu ilk pillədə başa vurmuş millimizlə qarşılaşacaq. Azərbaycan - Ukrayna oyunu yanvarın 25-də, Bakı vaxtı ilə saat 23:00-da keçiriləcək. Xatırladaq ki, millimiz qrup mərhələsində Macarıstan yığmasını 3:1, Çexiya komandasını isə 6:1 hesabı ilə məğlubiyyətə uğradıb.
 

Daha çox


Son xəbərlər
04.06.20  22:35

Mourinyo onu istəyir

04.06.20  19:30

Holand sağaldı

04.06.20  18:59

Raul "Şalke"də?

04.06.20  18:25

İquain zədələndi