Adamiyanın «Qarabağ»a gəlişi rəsmən təsdiqləndi

Adamiyanın «Qarabağ»a gəlişi rəsmən təsdiqləndi
PREMYER LİQA 22 Yanvar 2010 / 14:56 3206
-  A +

Qış fasiləsində «Bakı»dan ayrılan gürcüstanlı hücumçu Georgi Adamiya Antalyada təlim-məşq toplanışında olan «Qarabağ» komandasının düşərgəsinə qatılıb. Qol.Az-ın məlumatına görə, bu haqda klubun rəsmi saytı xəbər yayıb. Adamiyanın «Qarabağ»a baxışa, yoxsa birbaşa müqavilə imzalamağa gəlməsi haqda hələlik məlumat verilmir.
Xatırladaq ki, Adamiya 2006-cı ildən Azərbaycanda «Neftçi» və «Bakı»nın şərəfini qoruyub və hər iki komandanın tərkibində Azərbaycan çempionu olub.

Son xəbərlər