Ağasəlim Mircavadov: «Neftçi»dən təklif gəlsə, fikirləşmək olar»

Ağasəlim Mircavadov: «Neftçi»dən təklif gəlsə, fikirləşmək olar»
ÖLKƏ FUTBOLU 18 Noyabr 2008 / 18:01 4951
-  A +

"Neftçi" həmişə zirvədə dayanmalıdır. Əgər komandadan mənə təklif gəlsə, fikirləşmək olar. Bu haqda ciddi söhbət aparılmalıdır». Hazırda heç bir klubda çalışmayan təcrübəli mütəxəssis Ağasəlim Mircavadov Qol.Az saytına müsahibəsində belə deyib. A.Mircavadov "Neftçi"nin indi çətin vəziyyətə düşməsinin əsas səbəbi məşqçi dəyişikliyini göstərib: "Tez-tez məşqçi dəyişikliyi çox kluba fayda vermir. Əslində belə olmamalıdır. Hər yeni çalışdırıcı sistemi, oyunçuları dəyişməyə çalışır. Bu da vaxt aparır".

A.Mircavadov "Neftçi"nin alman baş məşqçisi Hans Yurgen Gedenin gəncləşdirmə siyasətinə qarşı çıxıb: "Cavan oyunçularla məğlub olmaqla nəsə əldə etmək olmaz. Bununla onların püxtələşəcəyini düşünmək səhvdir. Məsələ burasındadır ki, bunun nəticəsində gənc futbolçularda uduzmaq psixologiyası formalaşacaq. Bunu geri qaytarmaq asan deyil.

Həmişə görmüşük ki, yaxşı oyunçuların yanında cavab oyunçular oynayıb tədricən püxtələşir. Gənclərlə ortabab komanda qurmaq olar. "Neftçi" isə həmişə yüksək titul uğrunda mübarizə aparıb. Təcrübəli oyunçuların heyətdən kənarlaşdırılmasının düzgün addım olub-olmadığını qəti deyə bilmərəm. Çünki klubun daxilində deyiləm, iş prosesindən xəbərim yoxdur».

A.Mircavadov Azərbaycan yığmasının Albaniyanı məğlub edəcəyinə inamını ifadə edib: "Albanlarla görüşdə qələbə qazanmaq olar. Niyə də qalibiyyət olmasın? Ümumiyyətlə, hər ay milli komandamızın yoldaşlıq matçları keçirməsi vacibdir. Məqsəd olmalıdır ki, nəyə hazırlaşırsan, nəyə oynayırsan".

Anar CƏFƏRSOY

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın