“Bavariya” və “İnter”in futbolçuları “Neftçi”də baxışdadır

“Bavariya” və “İnter”in futbolçuları “Neftçi”də baxışdadır
PREMYER LİQA 15 Yanvar 2010 / 11:46 3484
-  A +

“Neftçi” daha üç futbolçunu baxışa dəvət edib. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, söhbət Henri Ndreka, İbrahim Maaroufi və Qrum Bibişkovdan gedir. Sonuncu iki futbolçu komandanın dünən axşamkı məşqində iştirak ediblər.
Albaniyalı müdafiəçi Henri Ndrekanın sonuncu klubu Ukrayna “Krivbass”ı olub. 26 yaşlı futbolçu yüksək fiziki keyfiyyətlərə malikdir. Onun boyu 1,94 sm-dir.
Belçika vətəndaşı olan Maaroufinin 21 yaşı var. İtaliyanın “İnter” klubunda oynamış Mərakeş əsilli dayaq yarımmüdafiəçisi Belçikanın 21 yaşadək yığma komandasında çıxış edib. Bibişkova gəlincə, 27 yaşlı hücumçu “Pirin” (Bolqarıstan, 1997-98), “Bavariya” (Münhen/Almaniya, 1999-2000), “Levski” (Sofiya/Bolqarıstan, 2000-01), “Marek” (Bolqarıstan, 2001-04), “Maritimu” (Portuqaliya, 2004-06), “Liteks” (Bolqarıstan, 2006-09) və “Styaua” (Rumıniya, 2009) kimi klublarda çıxış edib və Bolqarıstanın U-21 yığma komandasının şərəfini qoruyub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın