Hüseyn Məhəmmədov: “Yunis Hüseynovun mənə soyuq yanaşdığını hiss etdim"

Hüseyn Məhəmmədov: “Yunis Hüseynovun mənə soyuq yanaşdığını hiss etdim"
PREMYER LİQA 14 Yanvar 2010 / 14:11 3722
-  A +

«Karvan»ın baş məşqçisi Yunis Hüseynov hazırda heç bir klubda çıxış etməyən millimizin sabiq qapıçısı Hüseyn Məhəmmədovun xidmətlərindən imtina edib. Bu haqda Qol.Az-a futbolçunun özü məlumat verib: “Karvan”a keçidim gündəmdə idi. Lakin klubun baş məşqçisi Yunis Hüseynovla söhbət zamanı onun mənə soyuq yanaşdığını gördüm. Məsələnin nə yerdə olduğunu anladım. Mən peşəkar futbolçuyam, uşaq deyiləm. Onların qapıçıya ehtiyacları var idi. Fikirləşdim ki, Yevlax təmsilçisinə köməyim dəyə bilər”. H.Məhəmmədov baş məşqçi Yunis Hüseynovdan konkret bir cavab almadığını, bu səbəbdən boş-boşuna Yevlaxa yollanmaq istəmədiyini deyib. Sabiq qapıçının sözlərinə görə, “Karvan”la yanaşı bir neçə digər variantlar da var: “Bu gün-sabah hansı kluba keçəcəyim dəqiqləşəcək”.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord