"Qəbələ" Rusiya və Koreya klublarına qarşı

PREMYER LİQA 14 Yanvar 2010 / 11:54 2866
-  A +

Qış hazırlıq prosesinin Mingəçevir toplanışını başa vuran "Qəbələ" klubu sabah Türkiyəyə yollanacaq. Klubun baş meneceri Zaur Əzizovun verdiyi məlumata görə, "Qəbələ" klubu hazırlıq dövründə bir neçə futbolçunu sınaqdan çıxaracaq. Yanvarın 28-dək davam edəcək təlim-məşq toplanışı ərzində baş məşqçi Ramiz Məmmədovun yetirmələri dörd yoxlama oyununda qüvvəsini sınayacaqlar. Rəqiblərin kimliyi məlum olmasa da, onların Koreya və Rusiya təmsilçiləri olacağı dəqiqdir.

Mənbə: pfl.az


 


Son xəbərlər