Nadir Nəbiyev «Turan»dan getdi

Nadir Nəbiyev «Turan»dan getdi
PREMYER LİQA 8 Yanvar 2010 / 11:54 4670
-  A +

«Turan»ın hücumçusu Nadir Nəbiyev komandadan ayrıldığını bildirib. «Dünən rəsmən «Turan»dan  ayrıldım. Baş məşqçi Nizami Sadıqova da dedim ki, mən komandadan getmək istəyirəm. İndiki vəziyyətdə «Turan»da oynaya bilmərəm. Məşqçi ilə söhbətimdə də dedim ki, rəhbərlik gərək mənim «Turan»dan gedişimə məna olmasın».
N.Nəbiyev «Turan»dan maaş məsələsinə görə ayrılmadığını söyləyib. «Düzdür, son iki ayın maaşın almamışam. Ancaq gedişim bununla bağlı deyil. Sadəcə, indiki vəziyyətdə «Turan»da oynamaq istəmirəm».

Mənbə: “Çempion» qəzeti


Son xəbərlər