Azərbaycanlı güləşçi ermənini məğlub etdi

Azərbaycanlı güləşçi ermənini məğlub etdi
GÜLƏŞ 16 Aprel 2016 / 16:33 4575
-  A +

Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa təsnifat turniri davam edir.

Qol.az-ın məlumatına görə, yığmamızın daha 2 üzvü olimpiadaya vəsiqə uğrunda yarışır.

74 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Cəbrayıl Həsənov 1/8 finalda moldovalı Aleksandru Burkaya 11:0 hesabı ilə qalib gəlib. 1/4 finalda polşalı Kristian Brzozovskiyə də qalib gələn (10:0) ikiqat Avropa çempionumuz yarımfinala yüksəlib.

Burada erməni güləşçisi Suren Xaçatryan üzərində təmiz qələbə qazanan Həsənov adını finala yazdırıb. Təmsilçimiz bununla da, Rio de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Həsənov finalda Gürcüstan idmançısı Yakob Maxaraşvili ilə üz-üzə gələcək.

Digər təmsilçimiz olan qadın güləşçi İrina Netreba 1/4 finalda çexiyalı Adela Hanzliçkovaya 10:4 hesabı ilə qalib gəlib. Lakin o, yarımfinalda rusiyalı Anastasiya Bratçikovaya 2:7 hesabı ilə uduzub. Bununla belə, təmsilçimiz bürünc medal uğrunda mübarizədə yunanıstanlı Aqoro Papavasileiou ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın