«Neftçi»nin gücləndirmək istədiyi mövqelər bəlli oldu

PREMYER LİQA 7 Yanvar 2010 / 12:39 3153
-  A +

Bakının «Neftçi» klubu qış fasiləsində üç-dörd futbolçu ilə müqavilə bağlamağı planlaşdırır. Bu haqda Qol.Az saytına «Neftçi»nin baş məşqçisi Vaqif Sadıqov məlumat verib. Onun sözlərinə görə, komandaya bir hucümçu, bir orta sahə oyunçusu və bir stopper cəlb etməyi nəzərdə tuturlar. Yanvarın 9-da Bakıda təlim-məşq toplanışına başlayacaq «Neftçi»də 6-7 futbolçunun baxışdan keçəcəyi gözlənilir. V.Sadıqov baxışa çağırılacaq futbolçuların siyahısının geniş olduğunu, bu səbəbdən onların adlarını açıqlamaq istəmədiyini deyib. Bildirib ki, «Neftçi»nin yanvarın 12-də «Olimpik» və yanvarın 15-də «Karvan»la keçirəcəyi yoxlama oyunlarında baxışa dəvət edilən futbolçular sınaqdan keçiriləcək. «Biz istərdik ki, müqavilə bağlayacağımız üç-dörd futbolçuyla bağlı yekun qərarı məhz bu yoxlama oyunlarından sonra verək. Əgər alınmasa, bu halda həmin futbolçular  Türkiyədə keçirəcəyimiz təlim-məşq toplanışında bir daha sınaqdan keçiriləcək».
V.Sadıqov Antalyadakı təlim-məşq toplanışının yanvarın 17-dən 28-dək davam edəcəyini söyləyib. «Antalyada dörd yoxlama oyunu keçirəcəyik. Yanvarın 19-da Rumıniyanın «Qloria», yanvarın 22-də Türkiyənin «Antalyaspor», yanvarın 25-də isə Ukraynanın «Çernomorets» komandasıyla qarşılaşacağıq. Yanvarın 27-də yoxlama görüşü keçirəcəyimiz sonuncu rəqibin adı isə biz Antalyaya gədənə kimi müəyyənləşəcək».

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı