“Simurq” hücumçusunu transferə çıxardı

“Simurq” hücumçusunu transferə çıxardı
PREMYER LİQA 6 Yanvar 2010 / 16:49 2772
-  A +

"Simurq" klubunun rəhbərliyi futbolçu Samir Abdulovun transferə çıxarılması ilə bağlı qərar qəbul edib. Qol.Az-ın Zaqatala klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, komandayla müqaviləsi davam edən 23 yaşlı futbolçunu sıralarına qatmaq istəyən klublar transfer danışıqları üçün "Simurq"a müraciət edə bilərlər.
2008-ci ildən "sarı-qaralar"ın şərəfini qoruyan Abdulov bu müddətdə 5 oyun keçirib.

 


Son xəbərlər