“Neftçi” Bülənt Uyğunun komandaya gəlişini rəsmi şəkildə təkzib etdi

“Neftçi” Bülənt Uyğunun komandaya gəlişini rəsmi şəkildə təkzib etdi
PREMYER LİQA 2 Yanvar 2010 / 16:59 2898
-  A +

Bu gün “Neftçi” klubu bəyanat yayıb. Qol.Az-ın məlumatına görə, bəyanatda klubun baş məşqçi və rəhbər postlarında heç bir dəyişiklik gözlənilmədiyi qeyd olunub: “Son 2-3 həftə ərzində ölkənin bəzi kütləvi informasiya vasitələrində “Neftçi”nin rəhbər və məşqçi heyətində kadr dəyişikliyi baş verəcəyi haqda həqiqətə uyğun olmayan xəbərlər yayılır. Dünən isə Türkiyə mətbuatında “Neftçi” ilə türkiyəli məşqçi Bülənt Uyğun arasında danışıqların getdiyi və onunla yanvarın 6-da müqavilə imzalanacağı haqda xəbər dərc olunub. “Neftçi” klubu olaraq bəyan edirik ki, bu xəbərlərin heç biri həqiqətə uyğun deyil, klubun rəhbər və məşqçi heyətində heç bir kadr dəyişikliyindən söhbət gedə bilməz. “Neftçi” qış fasiləsi planına uyğun olaraq hazırlıqlarını davam etdirir və komanda baş məşqçi Vaqif Sadıqovun rəhbərliyi ilə bu ay Bakıda və Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışına qatılacaq”.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı