"Muğan"ın futbolçusuna sərt cəza

"Muğan"ın futbolçusuna sərt cəza
PREMYER LİQA 29 Dekabr 2009 / 14:04 2959
-  A +

AFFA İntizam Komitəsinin cari ildə son iclası keçirilmişdir. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, dinləmələrdən sonra Premyer Liqanın XVII turunun "Muğan" – "Xəzər Lənkəran" oyununda "Muğan" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Muğan" klubunun 1000 manat cərimə olunması qərara alınıb. Həmin oyunun 84-cü dəqiqəsində "Muğan" klubunun futbolçusu Vüsal Hüseynov rəqibinə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 6 oyunluq cəzalanıb, klub isə 5000 manat cərimə olunub.Futbolçuya verilmiş cəzanın yarısı (3 oyun) şərti olaraq tətbiq ediləcək. Yəni futbolçu 6 ay müddətində qayda pozuntusuna yol verərsə, sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa edilir və yeni sanksiya əvvəlki sanksiyaya tam şəkildə əlavə olunur.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı