Roman Pokora təcili Ukraynaya getdi

Roman Pokora təcili Ukraynaya getdi
PREMYER LİQA 28 Dekabr 2009 / 15:19 3060
-  A +

“Simurq”un baş məşqçisi Roman Pokora dünən axşam saatlarında təcili olaraq Ukraynaya yola düşüb. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində “Simurq”un prezidenti Zaur Məmmədov məlumat verib: “Bu gün Pokorayla görüşüb, komandadakı dəyişikliklər barədə fikir mübadiləsi aparmalıydıq. Eyni zamanda klubdaxili toplantımız da keçirilməliydi. Amma dünən Pokora təcili olaraq Ukraynaya yollanmalı oldu. Bu gün o Ukraynada olmalı və “Pro” lisenziyasının vaxtını uzatmalıdı. Qarşıdakı günlərdə Pokora Bakıya geri dönəcək və yanvarın 1-i, 2-i bütün məsələləri birlikdə müzakirə edib, komandamızın transferləriylə bağlı yekun qərar qəbul edəcəyik”.   


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın