PFL futbolçularla bağlı cəzanı sərtləşdirir

PFL futbolçularla bağlı cəzanı sərtləşdirir
PREMYER LİQA 26 Dekabr 2009 / 16:14 2921
-  A +

Peşəkar Futbol Liqası (PFL) növbəti mövsümdən etibarən futbolçuların cəzasını sərtləşdirəcək. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində PFL-in prezidenti Ramin Musayev məlumat verib. Musayev bildirib ki, ideya onun özünə məxsusdur: “Növbəti mövsümdən bəzi cəzaları daha da sərtləşdirəcəyik. İndiki halda qəsdən rəqibinə qarşı kobud oynayan, onu vuran, qeyr-etik jest edən futbolçular iki oyunluq cəzalanırsa, növbəti mövsümdən onların cəzası 5 və ya 6 oyunluq olacaq. Çünki bu crü hərəkətlərə görə 2 oyunluq cəza azdır. Bu barədə AFFA-nın əlaqədər qurumlarıyla müzakirələr aparmışıq. Çoxluq tərəfindən bu ideya müsbət qarşılanıb”.


Son xəbərlər