Bülənt Qorxmaz: “Nəticədən yox, mübarizədən razı qaldım”

Bülənt Qorxmaz: “Nəticədən yox, mübarizədən razı qaldım”
PREMYER LİQA 24 Dekabr 2009 / 16:41 3208
-  A +

“Bu gün Azərbaycanın ən yaxşı komandasına qarşı mübarizə aparırdıq. “Qarabağ” komandasını mən çox bəyənirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ”la oyunsonrası mətbuat konfransında “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz deyib. Türkiyəli mütəxəssis nəticədən deyil, mübarizədən razı qaldığını bildirib: “Qarabağ”ın heyətinin əsasının gənc, yerli futbolçular təşkil edir. Çox istərdim ki, bir neçə il sonra “Bakı”da da bu cür olsun. O ki qaldı bugünkü oyuna, uşaqlar meydanda yaxşı mübarizə apardılar. Mən nəticədən yox, mübarizədən razı qaldım”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın