«Ayaks»la «Kəpəz»i nə birləşdirir? (VİDEO)

VİDEO 24 Dekabr 2009 / 14:28 4245
-  A +

Hollandiya kuboku uğrunda yarışda Amsterdamın «Ayaks» klubu tarixi nəticəyə imza atıb. Qol.Az-ın məlumatına görə, rəqibi WHC-ni 14:1 hesabı ilə məğlub edən «Ayaks» yarışların yarımfinalına vəsiqə qazanıb. Bu, Hollandiya futbolunda ən çox qol vurulan oyunlardan hesab edilir. Qeyd edək ki, bu nəticəyə bir qədər bənzər hesab 1997/98-ci il mövsümündə Azərbaycan çempionatında da qeydə alınıb. Gəncənin «Kəpəz» klubu «Şəmkir» üzərində 14:2 hesablı qələbə qazanmaqla Azərbaycan futbolunda rekorda imza atıb. «Kəpəz»in həmin qələbəsinin görüntüləri bizdə olmasa da, «Ayaks»ın 14:1 hesablı qələbəsilə başa çatan oyunda vurulan qolları izləməyə dəyər.

 

Hürriyet Video'larını izlemek için Flash 7 veya daha yüksek eklenti yüklenmeniz gerekmektedir. Yüklemek için tıklayınız!!!

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı