“İnter”: oyunlarımızı yenə əcnəbi hakimlər idarə etsin!

XƏBƏR 18 Noyabr 2008 / 15:31 4835
-  A +

Ölkə çempionu “İnter” Azərbaycan Premyer Liqasında növbəti oyunlarının əcnəbi hakimlər tərəfindən idarə olunmasını istəyir. Bu barədə “APA-Sport”a komandanın baş məşqçisi Valentinin Xodukinin məlumat verib.

Onun sözlərinə görə, bununla bağlı klub prezidenti Georgi Nikolovla müzakirə aparıblar: “Komandamızın rəhbəri Georgi Nikolov da ikinci dövrədən oyunlarımıza əcnəbi hakimlərin gətirilməsini istəyir. Mən də bunu dəstəkləyirəm. Çünki əcnəbilər üçün hansı komandanın oyununda hakimlik etməsinin heç bir fərqi yoxdur. Meydana çıxıb, öz işini obyektiv görəcəklər, daha yerli hakimlər kimi kiməsə tərəfkeşlik etməyəcəklər”.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev isə bununla bağlı bildirib ki, əcnəbi hakimlərin Azərbaycan çempionatında idarəçilik etməsi hələlik mümkün deyil: “Hələlik əcnəbi hakimlərin xidmətindən yararlanmaq fikrimiz yoxdur. Çünki yerli hakimlərə inam azalar. Qərəzli hakimlik yoxdursa, niyə buna getməliyik? Əgər əcnəbilərin xidmətindən yararlansaq, FİFA və UEFA bizim hakimlərə təyinat verməz. Mən hakimlərimizin tərəfini saxlamıram. Ancaq onlara sərbəstlik vermək lazımdır”.

Qeyd edək ki, “İnter” ötən mövsümün ikinci dövrəsində oyunlarını idarə etmək üçün alman hakimlərin ölkəmizə gəlişinin təşəbbüskar olub.

Daha çox


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq