Ramin Musayev Fariz Nəcəfovun oyun alqı-satqısıyla bağlı ittihamlarına cavab verdi

Ramin Musayev Fariz Nəcəfovun oyun alqı-satqısıyla bağlı ittihamlarına cavab verdi
PREMYER LİQA 22 Dekabr 2009 / 17:48 3320
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev «Qəbələ» klubunun vitse-prezidenti Fariz Nəcəfovun onun komandasına qarşı ayrıseçkilik edilməsi və premyer-liqanın oyunlarında oyun alqı-satqılarının bir-birini əvəzləməsi barədə ittihamlarına cavab verib. Qol.Az-ın müxbiri ilə söhbətində Ramin Musayev bunları deyib: “Mən bu məsələlər haqqında geniş danışmaq istəmirəm. Sadəcə, Fariz Nəcəfova sual vermək lazımdır ki, konkret olaraq PFL tərəfindən onun komandasına qarşı hansısa maneçilik törədilirmi? Nəcəfov özü də bildirir ki, ortada konkret fakt yoxdur. Fakt olmayan yerdə bu söhbətlərdən danışmağa nə ehtiyac var”.

 


Son xəbərlər