“Terek”in sabiq məşqçisi “Neftçi”yə baş məşqçi təyin olundu

PREMYER LİQA 21 Dekabr 2009 / 16:11 3181
-  A +

“Neftçi”nin əvəzedici heyətinin yeni baş məşqçisinin adı məlum olub. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bu post Nazim Əliyevə tapşırılıb.
Bu gün klubun bazasında rəhbərlik N.Əliyevi əvəzedici heyətin futbolçularına təqdim edib. Təqdimetmə mərasimində “Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov çıxış edib: “Azərbaycanın bir nömrəli bombardiri olan  N.Əliyevin rəhbərliyi ilə inanıram ki, “Neftçi”nin əsas heyətinə istedadlı futbolçular yetişəcək. Əsasən də özü kimi hücumçular hazırlayaraq “Neftçi”nin hücum xəttini gücləndirəcək”.
Həmçinin baş məşqçi Vaqif Sadıqov da  N.Əliyevə xeyir duasını verərək futbolçuların öz üzərində daha səylə çalışmalı olduqlarını bildirdi.
Daha sonra məşqçilər- Şakir Qəribov və Arif Əsədov ürək sözlərini bildirərək Nazim Əliyevə uğurlar arzuladılar. Sonda yeni baş məşqçi də çıxış edərək klub rəhbərliyinin ona göstərdiyi etimadı doğruldacağını bildirib.
Nazim Əliyev futbolçu kimi OİK (1983,1985), “Xəzər” (Lənkəran, 1984), “Araz” (Naxçıvan, 1985), “Gənclik” (Bakı, 1986), “Vosxod” (Rusiya, 1987), “Neftçi” (Bakı, 1988), “Xəzər” (Sumqayıt, 1989-93), “Neftçi” (Bakı, 1994-96), “Qarabağ” (Ağdam, 1995-96), “Dinamo” (Bakı, 1997-98), “Kimyaçı” (Sumqayıt, 1998-99) klublarında çıxış edib.
Məşqçi kimi U-18 (1998-99), “Neftçi” (Bakı, 2000), “Qarabağ” (Ağdam, 2001-04), Azərbaycan milli komandası (2007-08), “Terek” (əvəzedicilər, Qroznı, 2009), baş məşqçi kimi “Şəfa” (2004-05), “Ədliyyə” (2004-05), U-21 (2005-06), “Olimpik” (2008) klublarında çalışıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord