Premyer Liqanın oyunlarının vaxtı dəyişdirildi

Premyer Liqanın oyunlarının vaxtı dəyişdirildi
PREMYER LİQA 14 Dekabr 2009 / 17:56 3171
-  A +

Premyer Liqanın təqvimində növbəti dəfə dəyişiklik baş verib. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, dekabrın 25-i, 26-ı və 27-də keçirilməli olan oyunlar ayın 24-ü və 26-da baş tutacaq. Əksər klublar qarşıdan gələn bayramlarla əlaqədar olaraq XVII turun oyunlarının daha tez tarixdə keçirilməsini PFL-dən xahiş ediblər. Beləliklə, XVII turun oyunları aşağıdakı təqvim üzrə keçiriləcək:
 
24 dekabr 2009-cu il (cümə axşamı)

"Standard" - “Karvan"
"Qarabağ" - "Bakı"
"Qəbələ" - "İnter"
"Muğan" - "Xəzər Lənkəran"

26 dekabr 2009-cu il (şənbə)
"Turan" - "Olimpik-Şüvəlan"
"Simurq" - "Neftçi"

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı