Millimizin üzvləri həbsxanada (FOTOSESSİYA)

XƏBƏR 14 Dekabr 2009 / 17:18 2433
-  A +

Bu gün AFFA-nın rəhbərliyi və Azərbaycan milli komandasının üzvləri - Kamran Ağayev, Vaqif Cavadov və Ruslan Abışov «Yetkinlik yaşına çatmamış uşaqların cəzaçəkmə müəssisəsi»ndə olublar. AFFA nümayəndələrinin 2007 və 2008-ci ildə bu cəzaçəkmə müəssisəsində uşaqlarla görüşünü əks etdirən fotostendə baxdıqdan sonra assosiasiya rəhbərliyi və futbolçular onlara 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıblar. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, tədbirdə ilk olaraq cəzaçəkmə müəssisəsinin rəisi İmran Məmmədov çıxış edib. Göstərilən diqqət və qayğıya görə AFFA rəhbərliyinə minnətdarlıq edən İ.Məmmədov bu tədbirin ənənə halını almasının təqdirəlayiq olduğunu bildirib.
AFFA-nın baş katibi Elxan Məmmədov buradakı uşaqları qarşıdakı bayramlar münasibətilə təbrik edərək məhbusların hamısının tezliklə azadlığa qovuşmasını arzulayıb. Daha sonra millinin üzvləri məhbus uşaqların suallarını cavablandırıblar. Çıxışlar başa çatdıqdan sonra AFFA tərəfindən məhbus uşaqlara futbol geyim dəstləri və toplar hədiyyə olunub.












Səhifənin yuxarısına keçidYuxarı


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord