Bülənt Qorxmaz: “Vurduğumuz erkən qol planlarımızı pozdu”

Bülənt Qorxmaz: “Vurduğumuz erkən qol planlarımızı pozdu”
PREMYER LİQA 13 Dekabr 2009 / 20:48 3525
-  A +

“Erkən qol bizim planlarımızı pozdu. Çünki biz başqa taktikayla oynamağı planlaşdırırdıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”la oyunsonrası mətbuat konfransında “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz deyib. Türkiyəli mütəxəssis bildirib ki, “Simurq”la matçda 3 xal komandasına hava-su kimi lazım idi: “Buna baxmayaraq, uşaqlar verdiyim tapşırıqları yerinə yetirdilər. Oyun çox çətin keçdi. Əvvəlcədən də belə olacağını bilirdik. Qələbə qazandığımıza görə çox şadam. Bu qələbəyə böyük ehtiyac duyurduq. Mübarizəmizi sonadək davam etdirəcəyik”. 


Son xəbərlər