Roman Pokora: “Oyunumuzda çatışmazlıqlar var”

Roman Pokora: “Oyunumuzda çatışmazlıqlar var”
PREMYER LİQA 13 Dekabr 2009 / 20:46 3398
-  A +

“Simurq”la “Bakı”nın arasında oyunlar daim gərgin keçib. İstər Böyükağa Haciyevin, istər Coko Haciyevskinin, istərsə də indiki baş məşqçi Bülənt Qorxmazın dövründə”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”yla oyunsonrası mətbuat konfransında “Simurq”un baş məşqçisi Roman Pokora deyib. Ukraynalı mütəxəssis bildirib ki, bu oyundan sonra “altılıq” uğrundakı mübarizə daha da gərginləşib: “İlk dövrədə biz qalib gəlmişdik, bu dəfə isə əksinə oldu. “Simurq” gənc komandadır. Oyunumuzda çatışmazlıqlar var. Amma çalışacağıq ki, bunları aradan qaldıraq. Bu matçdan sonra “altılıq” uğrunda mübarizə daha da gərginləşdi. Biz həlledici mərhələyə düşmək üçün sonadək mübarizə aparacağıq”.  


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"