Qurban Qurbanov: "Heyətimizdəki itkilərə baxmayaraq, qalib gəlməyi bacardıq"

Qurban Qurbanov: "Heyətimizdəki itkilərə baxmayaraq, qalib gəlməyi bacardıq"
PREMYER LİQA 10 Dekabr 2009 / 16:55 2886
-  A +

“Heyətimizdə itkilər var idi. Bilirsiniz ki, altı futbolçumuz müəyyən səbəblərdən bu görüşdə iştirak edə bilmirdi. Bununla belə qələbə qazanmağı bacardıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri Premyer Liqanın bu gün keçirilən “Qarabağ” – “Muğan” matçının oyunsonrası mətbuat konfransında ev sahibi komandanın baş məşqçisi Qurban Qurbanov deyib. Baş məşqçi oyunun taleyini ilk hissədə həll etdiklərini bildirib: “Muğan" Salyanda keçirilən matçda da bizə qarşı layiqli müqavimət göstərmişdi.Bu matçı artıq unutmalıyıq. Fikirlərimizi növbəti qarşılaşmalara yönləndirəcəyik”.

Son xəbərlər